Kəlbəcərdə zəlzələ oldu

31 İyul 2025, 07:39

Bu gün yerli vaxtla saat 00:13-də Kəlbəcər rayonunda zəlzələ 3 maqnitudalı zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.