Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərini ələ keçirib.

Heftelik.az  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna tərəfi hələ ki, Çasov Yar şəhərinin ələ keçirilməsinə münasibət bildirməyib.

Qeyd edək ki, Çasov Yar şəhəri və ona yaxın yaşayış məntəqələri strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Yüksəklikdə yerləşən Çasov Yar  Rusiya Ordusunun Kramatorsk və Slavyansk şəhərlərinə effektiv hücum əməliyyatı həyata keçirmək üçün vacib sayılır.  Buna görə də 1 ildən çoxdur ki, tərəflər arasında əhalisi cəmi 16 min nəfər olmuş bu şəhər uğrunda qanlı döyüşlər gedir. Şəhərdə demək olar ki, salamatr qalan bina, ev yoxdur.

Rusiya Kramatorsk və Slavyansk şəhərlərinə nəzarəti təmin edərsə, Danbasla bağlı qarşıya qoyulmuş əsas məqsədlərindən birinə nail olmuş sayılacaq.