Uçuşlar vizual və ya cihaz üzrə qaydalarla yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.

Hava gəmisi həm uçuş zamanı, həm də aerodromda hərəkətdə olduqda ümumi və əlavə qaydalara tabe olmalıdır.

Komanda verən pilot cihaz üzrə qaydaları seçə bilər və ya ATS orqanı bunu tələb edə bilər.

Bu, pilotun uçuş şəraitinə uyğun qərar verməsinə imkan yaradır.