Arif Babayev vəfat etdi

01 Avqust 2025, 09:08

Xalq artisti Arif Babayev vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, iyulun 23-ü saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, daha sonra təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.