Hacıqabulda təcili yardım maşını qəzaya düşüb, ölən və yaralılar var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həmzəyev Namiq Marif oğlunun idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb, sürücü və həkim Füzuli rayonunun Araz Dilağarda kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev Əliağa Təhməz oğlu müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasıa yerləşdirlib.

Qəzada ölən Rəsul Qurbanlının Füzuli rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Qeyd edək ki, Füzuli xəstəxanasının təcili yardım maşını Bakıya xəstə aparıb geri qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.