Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsəba Abbasovanın iddiasını təmin etməyib.
Bu barəd Heftelik.az-a MÜTDA-dan xəbər verilib.
Bildirilib ki, Gülsəba Abbasova ötən il sözügedən məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmışdı.
Qeyd edək ki, Samux rayonunda keçirilən “Son zəng” tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub.
Bununla bağlı yayılan görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət edib.
