Mərkəzdə saxlanılan əcnəbilər gündə üç dəfə pulsuz və gigiyena tələblərinə cavab verən isti yeməklə təmin edilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Yeməklər şəxslərin yaşı, sağlamlığı və dini ənənələri nəzərə alınmaqla hazırlanır.
Məişət şəraiti sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına uyğun təşkil edilir.