Şahin Şıxlinski saxlanıldı

02 Avqust 2025, 23:50

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada saxlanılıb.

Heftelik.az xəbər verir ki, bu barədə E1.RU portalı məlumat yayıb.

Bildirilib ki, Şıxlinski Yekaterinburqa aparılıb.

Nəşrin yazdığına görə, Şıxlinski hazırda istintaq prosesində iştirak edir.

Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.