Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri – Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.

Digər bir nəfər  – Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlu isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 18.01

Tərtərdə 3 nəfər kanalda batıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin axtarışı davam edir.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.