Aviasiya işləri rayonu müəyyən plan və qrafiklə həyata keçirilən uçuşlar üçün ayrılmış hava məkanıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.

Burada kənd təsərrüfatı, tədqiqat və digər xüsusi təyinatlı uçuşlar həyata keçirilə bilər.

Rayonun sərhədləri əvvəlcədən planlaşdırılır və təsdiqlənir.

Bu sahədəki uçuşlara xüsusi icazə və koordinasiya tələb olunur.