Eldar Şengelaya vəfat etdi

04 Avqust 2025, 11:29

Gürcü əsilli rejissor Eldar Şengelaya 93 yaşında vəfat edib.

Heftelik.az-ın TASS-a istinadən verdiyi məlumata görə, 1933-cü ildə dünyaya gələn Eldar Şengelaya ali təhsilini Moskvada alıb.

Onun ilk ekran iş “Buz ürək əfsanəsi” adlı film olub. Daha sonra “Ağ Karvan”, “Qeyri-adi sərgi”, “Samavişvilinin ögey anası” və digər filmlərə ekran həyatı qazandırıb.

1988-ci ildə “SSRİ xalq artisti” fəxri adına layiq görülüb.