Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb.
Heftelik.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Qanuna əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılıb.