Sabah 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
Heftelik.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.
Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər.
Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.
İmtahanla yerdəyişmə həyata keçirilən müəssisələrlə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://1drv.ms/b/c/591267edc89e8d6b/EVZ75S6XKkVNk8EmLdsXkgcBhe3Dx9xtnq9Ncy6WyLVapA?e=CUABdZ