Bakının Xəzər rayonunda itkin düşən 20 yaşlı Şəfa Bayrızadə tapılıb.

Heftelik.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmüş kimi axtarışa elan olunan 20 yaşlı Şəfa Bayrızadə polis əməkdaşları tərəfindən tapılıb.

Onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var. Xəzər rayonunun  Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.

İlkin axtarışlar nəticəsində dünən polisin onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bidiyi, Şəfa Bayrızadənin könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina etdiyi bildirilmişdi.