18 yaşını tamamlamış əcnəbilər yalnız iş icazəsi aldıqdan sonra Azərbaycanda işləyə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.

İş icazəsi hüquqi şəxslər, sahibkar fiziki şəxslər və xarici şirkətlərin filialları vasitəsilə alınmalıdır.

İş icazəsi olmadan əmək müqaviləsi bağlanmasına icazə verilmir.