Çinli alimlər qocalmanın ilk əlamətlərini nə qədər tez göstərməyə başladığımızı araşdırıblar. Bu tədqiqatın nəticələri isə özünü 30 yaşında gənc hiss edənləri kədərləndirə bilər. Çünki alimlərinin fikrincə, məhz bu yaşda insanlarda ciddi qocalma əlamətləri meydana çıxır.
Heftelik.az “Daily Mail”-ə istinadən xəbər verir ki, insan orqanizmində dağıdıcı proseslər 30 yaşda başlayır və növbəti belə proses isə 50 yaşda baş verir.
Tədqiqatın müəllifləri 500-dən çox toxuma nümunəsini öyrənib, 14 yaşdan 68 yaşa qədər olan könüllülərin son 50 ildəki vəziyyətini təhlil ediblər.
Ən həssas orqanlar isə qan damarları hesab olunur. Bu isə orqanizmdə hüceyrələrin böyüməsi və yaşaması prosesinin tənzimlənməsində iştirak edən GAS6 adlı zülalın səviyyəsinin artması ilə əlaqələndirilir.