Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələ rayon mərkəzindən 234 km aralıda, 64,8 km dərinlikdə baş verib.
Xatırladaq ki, avqustun 4-də Kamçatkada 5,7 bal gücündə yeraltı təkan qeydə alınmışdı.
Zəlzələlər fonunda Kraşeninnikov vulkanı püskürmüş, sakinlər üçün avqustun 10-a qədər fəaliyyət göstərməsi planlaşdırılan müvəqqəti yerləşdirmə məntəqələri yaradılmışdı.