Ukrayna “Krivbas”ının qapıçısı İqor Omelçenko Sloveniyada təlim-məşq toplanışında komandanın düşərgəsini tərk edib və Ukraynaya qayıtmayıb.
Heftelik.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukrayna klubu bununla bağlı açıqlama verib. Onlar bildirib ki, futbolçu komandanın düşərgəsini tərk edib və geri qayıtmayıb. Klub futbolçu ilə danışsa da, onu geri qayıtmağa razı sala bilməyib.
Omelçenkonun 19 yaşı var və “Krivbas”ın yetirməsidir.