Zinəddin Zidan həmişə “Marsel”də oynamaq arzusunda olduğunu etiraf edib. Amma onun karyerası fərqli olub – “Yuventus”, “Real”, Fransa millisi.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Zidan “Marsel” yaxşı komandadır. Orada oynamaq istəyirdim, amma alınmadı” deyib
O, həmçinin “Velodrome”da atmosferi qeyd edib – onun sözlərinə görə, bu, Avropanın ən unikal yerlərindən biridir. Ancaq yuxu xəyal olaraq qalıb.