“Silk Row Travel” turizm şirkətinin üç xanım əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, E.Zeynalova, L.Resetova və M.Yusubova vəzifə cinayətlərində ittiham olunurlar.
Onların işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. E.Zeynalova və L.Resetovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü maddə ilə ittiham irəli sürülüb. Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib. Prokurorluq həmin məbləğin 1 milyon manatını ilkin istintaq mərhələsində ödətdirib.
Təqsirləndirilən şəxslər isə həbsdə deyil. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Elan olunmuş ittihamların sanksiyasında 14 ilə kimi həbs var. Amma dəymiş ziyanın ödənilməsi yaxında başlayacaq məhkəmə araşdırmasında yumşaldıcı hal hesab edilə bilər.
Qeyd edək ki, “Silk Row Travel” ölkənin aparıcı turizm şirkətlərindən biridir.