Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub.
Heftelik.az-ın APA-ya istinadən evrdiyi məlumata görə, Yevgeniya Qutsul 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Moldovanın “Şor” müxalifət partiyasının sabiq katibi Svetlana Popan isə 6 il azadlıqdan məhrum edilib.