Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Rəşad Xəlil oğlu Xudiyev vəzifəsindən azad edilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.