Uçuş planına məqsədlə bağlı olaraq ehtiyat aerodromlar da daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Bundan əlavə, ATS orqanlarının irəli sürdüyü digər məsələlər planlaşdırmada nəzərə alınmalıdır.
Azərbaycan daxilində uçuşlar üçün enmə aerodromu daxil olmaqla bütün məlumatlar daxil edilməlidir.
Yanacaq ehtiyatı və şəxslərin sayı barədə məlumatlarda səhv aşkarlandıqda dəyişiklik verilməlidir.