Astara rayon sakini dənizdə boğulub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Astara rayon Şahağac kənd sakini 1963-cü il təvəllüdlü Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək üçün evlərinin yaxınlığındakı çimərliyə gedib.
Bir az dərinə üzən X.Əsədullayev dənizdə boğularaq ölüb. Ətrafdakıların köməyi ilə o, batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.