Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu 4-cü mikrorayonda yerləşən yaşayış binalarından birində, üçüncü mərtəbədən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Hadisə nəticəsində o, aldığı ağır bədən xəsarətlərindən ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.