ABŞ Azərbaycan qazını Ukraynaya nəql edən stansiyanın Rusiya tərəfindən hədəfə alınmasını qınayıb.
Heftelik.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti hücumları “qəbuledilməz” adlandırıb.
Qeyd edilib ki, Rusiya dərhal dayanmalıdır: “Prezident Trampın sülhə bu qədər dəstək verməsinin səbəbi müharibənin yol açdığı insan itkisidir. Ölüm və dağıntılar dayandırılmalıdır”.
Qeyd edək ki, avqustun 6-da Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına hücum edib. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.