Açıq ərazilər üzərində aşağıdan uçuşlara ciddi məhdudiyyət qoyulub.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.

Şəhər, qəsəbə və ya sıx insan toplaşan ərazilər üzərində qəza təhlükəsi olmadığı halda aşağıdan uçuşlara yol verilmir.

Bu uçuşlar yalnız yerdəki şəxslərə təhlükə törətməyəcək hündürlükdə icra olunmalıdır.

Qayda insanların təhlükəsizliyini təmin etməyə yönəlib.