Aerodrom dispetçer məntəqəsi hava hərəkətinin idarə olunması üçün xüsusi yaradılmış struktur bölmədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Bu məntəqələr aerodrom ərazisində uçuşların və digər hərəkətlərin koordinasiyasını təmin edir.
Əsas məqsəd hava gəmisinin təhlükəsiz və ardıcıl hərəkətini tənzimləməkdir.
Onlar uçuşa hazırlıq mərhələsində və yerüstü hərəkətdə mühüm rol oynayır.