Filippin gözəllik kraliçası Akini Arradazanın meyiti Leyte adasında, Takloban şəhəri yaxınlığında dənizdən çıxarılıb.
Heftelik.az xəbər verir ki, bu barədə “MS News” xəbər yayıb.
Regionun polis idarəsinin verdiyi məlumata görə, meyit barədə hüquq-mühafizə orqanlarına bir balıqçı məlumat verib. Sonra Balıqçılıq Bürosunun əməkdaşları və polis hadisə yerinə gələrək meyiti sudan çıxarıb və sahilə gətiriblər.
Bakupost.az
Qurbanın əlləri və ayaqları bağlı, bədənində isə zorakılıq izləri aşkarlanıb. Qarın və kürək nahiyəsindəki xarakterik döymələr sayəsində meyitin 35 yaşlı keçmiş gözəllik kraliçası, iyulun 31-i səhər saatlarında Ormok şəhərində oğurlanan Akini Arradaza olduğu müəyyənləşib.
Yaxınları onun şəxsiyyətini təsdiqləyib və meyit ölümün səbəbini müəyyən etmək üçün tibbi ekspertizaya göndərilib.
Aparılan istintaq nəticəsində məlum olub ki, kraliça üç nəfər silahlı tərəfindən oğurlanıb. Təhlükəsizlik kameralarının görüntülərində yol kənarında dayanan qurbanın üç naməlum silahlı şəxs tərəfindən zorla qara avtomobilə mindirilməsi əks olunub.