Hava hərəkətinə xidmət məntəqələrinin funksiyaları açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.

Hava hərəkətinə xidmət məntəqəsi hava hərəkətini idarəetmə məntəqəsini, uçuş məlumatı mərkəzini və ya hava hərəkətinə xidmətə nəzarət məntəqəsini əhatə edir.

Bu məntəqələr hava gəmilərinin təhlükəsiz və nizamlı hərəkətini təmin edir.

Eyni zamanda, uçuş planlarının düzgün icrası və koordinasiyası da onların səlahiyyətinə daxildir.