Səhmdar cəmiyyətinin səhmlərinin, istiqrazlarının və digər qiymətli kağızlarının buraxılması və dövriyyəsi qanunvericiliyə və nizamnaməyə uyğun həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Cəmiyyət adi və imtiyazlı səhmlər buraxa bilər, imtiyazlı səhmlərin payı 25%-dən çox olmamalıdır.

İmtiyazlı səhmlər cəmiyyətin idarə olunmasında iştirak hüququ vermir, amma digər üstünlüklər təmin edir.