Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sürücü 1966-cı il təvəllüdlü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Qəzada ölən sərnişinlər işə aşağıdakılardır:- 1992-ci il təvəllüdlü Şadət Bayramov,
– 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
– 1977-ci il təvəllüdlü Aydın Pənahov,
– 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
– 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
– 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova
***
saat 08.33
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakıdan Qazaxa hərəkət edən “Mercedes” markalı “Sprinter” sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb.
Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.
Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır.
***
saat 08.26
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.