Azərbaycan millisinin üzvü Mahir Emreli “Kayzerslautern”in heyətində ikinci rəsmi oyuna çıxıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ikinci oyununda öz meydanında “Şalke”ni qəbul edib.

Mahir Emreli qarşılaşmaya start heyətdə çıxıb. Millimizin hücumçusu 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Matç “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub.

Bununla da “Kayzerslautern” yeni mövsümdə ilk qələbəsini qazanıb.