Xəzər rayonunda 20 yaşlı gənc dənizdə batıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə çimərlik ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Cavidan Tapdıqovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.