Bakıda parkda ÖLÜM

11 Avqust 2025, 18:27

Bakıda parkda ölüm hadisəsi olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  hadisə Suraxanı rayonu Əmircan qəsəbəsinin ərazisində yerləşən parkda baş verib.

Burada dincələn 69 yaşlı İsmayıl Dursun oğlu Mahmudov infarkt keçirərək, dünyasını dəyişib.