Sərnişin daşıyan hava gəmiləri pilotların kabinəsi möhkəmləndirilmiş qapılarla təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Kabinə və uçuş heyəti arasında xüsusi siqnal və danışıq qurğuları olmalıdır. Video müşahidə sistemləri sərnişin salonunda vəziyyətin izlənməsini təmin edir. Kabinənin qarşısındakı meydançaya nəzarət qurğusu quraşdırılmalıdır. Partlayıcı qurğuların yerləşdirilməsi üçün xüsusi təcrid olunmuş yerlər nəzərdə tutulur. Qaçırılmaya qarşı mühərriklərin və hava gəmisinin hərəkətinin qarşısını alan qurğular tətbiq edilir. Silah və sursatların saxlanması üçün kilidlənən yük bölmələri mövcuddur.