Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində 1 bina çöküb.

Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, dağıntılar altında 6 nəfər qalıb.

Axtarş-xilasetmə əməliyyatı nəticəsində 6 nəfərdən 5-i xilas edilib, 1 nəfər həyatını itirib.

 

***

10 avqust, saat 22.26

Türkiyənin Balıkesir vilayətinin rayonunda 6,1 maqnitudalı  zəlzələdən sonra 4,6, 4,1 və 4 maqnitudalı daha üç  zəlzələ qeydə alınıb.

Heftelik.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar nəticəsində 10-dan çox bina çöküb.

***

10 avqust, saat 21.22

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın AFAD-a istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 19:53-də qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla, Marmara bölgəsinin bir çox yerində hiss olunub.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.