Beynəlxalq uçuşlar zamanı hava məkanından istifadənin qadağan edilməsi barədə qərar HHT VS BM-in və AHH İM-in növbə rəisləri tərəfindən qəbul edilir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

Qadağanın tətbiq olunduğu hava məkanı istifadəçisi və müvafiq dövlət orqanları dərhal məlumatlandırılır.

Qadağa pozulduqda HHQ-in növbətçi hava gəmiləri pozan hava gəmisini enməyə məcbur edə bilər.

Məcburi enməyə tabe olmayan hallarda, sərnişinlərin təhlükəsizliyi və digər şərait nəzərə alınmaqla, hava gəmisinin məhvinə icazə verilə bilər.