Çoxmənzilli binada daşınmaz əmlakın birgə idarə olunması məqsədilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Bu cəmiyyətin məqsədi, ümumi əmlakın istismarını və onun istifadəsini təmin etməkdir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini könüllü şəkildə təşkil edirlər. Cəmiyyətin nizamnaməsi, mülkiyyətçilərin ümumi yığıncağında səs çoxluğu ilə qəbul edilir.