İtaliyalı debertolis Çində keçirilən Dünya Oyunları çərçivəsində səmti müəyyən etmə yarışı zamanı dünyasını dəyişib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, idmançı avqustun 8-də yarış zamanı huşsuz vəziyyətdə aşkarlanıb.
Ona təcili tibbi yardım göstərilib, lakin avqustun 12-də dünyasını dəyişib. İdmançının ölüm səbəbi açıqlanmır.
Avqustun 7-də başlayan Çenqduda 12-ci Ümumdünya Oyunları 17-dək davam edəcək. Proqrama 34 qeyri-olimpiya idman növü daxildir.