Mənzil-tikinti kooperativlərinin nizamnaməsi onların adı, ünvanı, fəaliyyət məqsədi və idarəetmə strukturlarını əhatə etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.
Həmçinin, üzvlük qaydaları, pay haqları və məsuliyyətlər də burada əks olunmalıdır. Qərarların hansı səs çoxluğu ilə qəbul ediləcəyi, ləğv və yenidən təşkil prosedurları da nizamnamədə göstərilməlidir. Bu sənəd həm hüquqi, həm də təşkilati əsas yaradır.