Yeni müraciət İMKANI

12 Avqust 2025, 01:07

İş icazəsinin verilməsindən imtina halları aradan qalxdıqda, işəgötürən təkrar müraciət edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.

Yeni müraciət zamanı yalnız imtinanın əsasının aradan qalxdığını təsdiqləyən sənəd yetərlidir.

Bu mexanizm prosedurun təkrar başlayaraq hüquqi şəkildə davam etməsinə imkan yaradır.