Aerodromlarda hərəkəti tənzimləmək üçün müxtəlif işıq və pirotexniki siqnallar tətbiq olunur.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

Günün işıqlı vaxtında uçuş təsdiqi qanadların yellənməsi ilə verilir.

Gecə vaxtı isə enmə işıqlarının iki dəfə yandırılıb-söndürülməsi və ya naviqasiya işıqlarından istifadə olunur.

Bu siqnallar pilotların aerodromda təhlükəsiz və düzgün hərəkət etməsinə kömək edir.