Hindistanda pələng 23 yaşlı ibtidai sinif müəlliminə hücum edib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Madhya-Pradeş ştatındakı Penç qoruğunun yaxınlığında qeydə alınıb.

Pələng 23 yaşlı Manoj Dhurveni parçalayaraq, yeyib.

Qeyd olunur ki, yerli məktəbdə çalışan gənc müəllim meşəyə göbələk yığmağa gedib və evə qayıtmayıb. Kənd sakinləri yırtıcının izinə düşərək, müəllimin yalnız üzü və bir ayağı salamat qalmış cəsədini tapıblar.