Şair Kəramət Şükürov küçədə ölü tapılıb.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov məlumat verib.
Yasamal Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma başlanıb.
Kəramət Şükürovun vəfat səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.