“Bitcoin”in dəyəri 123,3 min dolları keçərək tarixi maksimuma çatıb.
Heftelik.az bu barədə “Binance” platformasının göstəricilərinə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 02:42-yə olan məlumata əsasən, kriptovalyutanın qiyməti 123,5 min dollara çatıb (artım +2,86%).
Saat 02:55-ə olan vəziyyətə görə isə “Bitcoin”in artımı bir qədər zəifləyib və qiyməti 123,2 min dollar təşkil edib (artım +2,57%).