Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət qulluğu haqqında” qanunda əksini tapıb.
65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.