Lənkəranda azyaşlını maşın vurub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.

“QAZ-3110” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən 6 yaşlı A.İsmayılzadəni vurub. Azyaşlı Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.