Avqustun 14-ü gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad şəhərinə hücum edib, nəticədə “Lukoil-Volqoqradneftepererabotka” neft emalı zavodunun ərazisində yanğın baş verib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib.
“Volqoqrad vilayətindəki neft emalı zavodunda yanğın və neft məhsullarının sızması PUA hücumundan sonra qalıqların düşməsi səbəbindən baş verib”, – qubernator bildirib.
Hücum səbəbindən “Rosaviasiya” yerli hava limanını müvəqqəti olaraq bağlayıb.
Qeyd edək ki, “Lukoil-Volqoqradneftepererabotka” zavodu Rusiyanın Cənub federal dairəsində neft məhsullarının ən böyük istehsalçısıdır, müəssisənin gücü 14,8 milyon tondur.