Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova Türkiyənin “Amedspor” klubuna keçib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi 2025/2026 mövsümündə bu komandada çıxış edəcək.

Qeyd edək ki, Ayşən Əhmədova daha əvvəl Türkiyədə “Ünye Gücü”nün formasını geyinib.